Prezident İlham Əliyev sentyabrın 24-də Xalq artisti Şövkət Ələkbərovanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2012-ci ilin oktyabrında milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni Şövkət Feyzulla qızı Ələkbərovanın anadan olmasının 90 illiyi tamam olur. Mədəniyyət və Turizm Nazirliyinə Xalq artistinin yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.