2 fevral Azərbaycan Gəncləri Günüdür
“Müsabiqə elan edərkən ölkəmizdə baş verən prosesləri, gənclərin maraqlarını nəzərə alırıq”
Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan Gənclər Fondu müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə dəstək verir. Bu layihələr arasında mədəniyyət və turizm sahələrinə nə dərəcədə yer ayrılır? 2 fevral - Gənclər Günü ilə bağlı fond tərəfindən hansı tədbirlər reallaşdırılacaq?
Bu və digər suallarla Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətovla söhbətləşdik. Həmsöhbətimiz əvvəlcə fondun fəaliyyəti, həyata keçirilən layihələrin istiqamətləri haqqında məlumat verdi:
- Fondun əsas fəaliyyət istiqaməti və məqsədi ölkəmizdəki gənclər təşkilatlarının, həmçinin gənclik yaşında olan vətəndaşların təqdim etdiyi layihələrin maliyyələşdirilməsidir. Biz əvvəlcə cəmiyyətdə, gənclər arasında daha çox tələbat nəyə varsa onu öyrənir, təhlil edir və müvafiq istiqamətlər üzrə layihə müsabiqələri elan edirik. Müsabiqələrə təqribən iki ay vaxt verilir. Bu vaxt ərzində layihələr təqdim edilir. Layihələr fond tərəfindən baxıldıqdan sonra müxtəlif dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrindən ibarət 9 nəfərlik müşahidə şurasına verilir. Müşahidə şurasının qərarına əsasən layihələr qiymətləndirilir.
Bu günə qədər 4 müsabiqə keçirmişik, hazırda 5-ci qrant müsabiqəsi davam edir. Müsabiqə fevralın 10-dək davam edəcək. Ötən müddətdə 4 müsabiqə çərçivəsində 1000-ə yaxın layihəni maliyyələşdirmişik. Onların arasında çoxlu maraqlı, Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli layihələr var.
- Bu layihələrdə mədəniyyət və turizm sahələri nə dərəcədə əhatə olunur?
- Mədəniyyətlə bağlı layihələr əsasən fiziki şəxslər tərəfindən təqdim edilir. Müsabiqədə C kateqoriyası adlı bölmə var. Orada gənclərin incəsənətlə bağlı təşəbbüsləri, layihələri (özfəaliyyət dərnəkləri, fotosərgilərin təşkili və s.) dəstəklənir. Turizmlə bağlı layihələr isə qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilir. Bu layihələr əsasən Azərbaycanın bölgələrində yeni marşrutların gənclər tərəfindən öyrənilməsini, ölkəmizin turizm məkanlarının tanıdılması kimi istiqamətləri əhatə edir.
2013-cü ildə Gənclər Fondu tərəfindən 3 qrant müsabiqəsində 680-ə yaxın layihə maliyyələşdirilib. Onlardan 30-u mədəniyyətlə, təxminən 10-u isə turizmlə bağlı olub. Bunlar qeyri-hökumət təşkilatlarının layihələridir. C kateqoriyası üzrə fərdi qaydada gənclər tərəfindən mədəniyyətlə bağlı verilən layihələrin sayı isə daha çox olub.
- Bu layihələrin həyata keçirilməsində Gənclər Fondu Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edirmi?
- Fondun müşahidə şurasının üzvlərindən biri mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovdur. İclaslar zamanı o da öz tövsiyələrini verir. Həmçinin gənclər tədbirlərini həyata keçirərkən Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri ilə, Bakı şəhər idarəsi ilə sıx əməkdaşlıq edirlər və həmin layihələrin uğurla həyata keçməsi üçün birgə fəaliyyət göstərirlər.
- 2014-cü ildə daha çox hansı istiqamətdə olan layihələrə önəm verəcəksiniz?
- Biz hər bir qrant müsabiqəsini elan edərkən ölkəmizdə baş verən prosesləri, gənclərin maraqlarını nəzərə alırıq. Bundan sonra istiqamətləri seçirik. Hazırda davam edən 5-ci müsabiqəmiz əsasən gənclərin təşəbbüslərinin həyata keçməsinə hesablanıb. Biz indi müsabiqələr üçün yeni bir bölmə də artırmışıq. Məlumdur ki, 2015-ci ildə Bakıda I Avropa Oyunları keçiriləcək. Həm bununla bağlı, həm də Gəncə şəhərinin 2016-cı ildə “Avropanın gənclər paytaxtı” seçilməsi ilə əlaqədar layihələr qəbul edəcəyik.
- Ümumiyyətlə, gənclərin layihələri daha çox hansı sahələri əhatə edir?
- Layihələr bir çox istiqamətləri əhatə edir. Vətəndaş cəmiyyətinin formalaşması, regionlarda vətəndaşların təşəbbüskarlığı və s. mövzularda layihələr alırıq. Həmçinin regionlarda ekoloji problemlərin aradan qaldırılması, sosial problemlər, o cümlədən işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması, bu mövzuda treninqlərin keçirilməsi, turizmlə bağlı maraqlı layihələr var. Bu yaxınlarda bir neçə maraqlı layihə də qəbul etdik. Bunlar gənclərin ixtiraları ilə bağlıdır. Məsələn, tələbələrin hansı ixtiraları var, nəzəri baxımdan bunu görürlər, indi praktik cəhətdən maliyyə dəstəyinə ehtiyacları var, biz onlara kömək edəcəyik. İnanıram ki, gələcəkdə bunun bəhrəsini görəcəyik. Gənclərimiz daha da xeyirli işlərlə məşğul olacaqlar. Gənclər Fondu buna az da olsa, öz töhfəsini vermiş olacaq.
- Layihələrin mükəmməlliyi necə, sizi qane edirmi? Fond tərəfindən gənclərə layihə hazırlamaqda tövsiyələr verilirmi?
- Hər müsabiqədən müsabiqəyə biz görürük ki, gənclərin, təşkilatların layihə təqdim etmə bacarıqları getdikcə peşəkarlaşır. Bunda bizim də bir balaca əməyimiz var. Azərbaycanda ilk dəfə olaraq biz layihələrin onlayn sistemlə qəbul edilməsi prosesinə başladıq. Biz çalışırıq ki, gənclər layihələri daha lakonik versinlər. Ona görə xüsusi bir forma hazırlamışıq. Həmin formada göstərmişik ki, filan başlıq altında, məsələn, 300 sözdən istifadə oluna bilər. Bunu etmişik ki, artıq sözçülüyə ehtiyac qalmasın. Getdikcə təşkilatlar, gənclər də bu iş prinsipini qavrayırlar və daha lakonik layihələr təqdim edirlər.
- Ötən il tələbələrlə bağlı bir layihəniz vardı. Bu il belə layihələr nəzərdə tutulurmu?
- Bəli, sırf gənclərlə bağlı, yəni təşkilatların iştirakı olmadan bir layihəmiz vardı. O zaman fondun əməkdaşları Azərbaycanın ali təhsil müəssisələrində təqdimatlar keçirdilər, tələbələri öz ideyalarını reallaşdırmaq üçün bizə müraciət etməyə dəvət etdik. Bu müsabiqədə tələbələrdən çoxlu layihələr aldıq. Hazırda layihələrin icrası davam edir. Amma hələlik bu istiqamətdə müsabiqəmiz yoxdur.
- Qarşıdan 2 fevral - Azərbaycan Gəncləri Günü gəlir. Bununla bağlı fond tərəfindən hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
- Fond Gənclər Günü ilə bağlı mədəniyyət layihəsi həyata keçirir. Fevralın 1-də Azərbaycanda təhsil alan xarici tələbələr, gənclər təşkilatlarının rəhbərləri üçün konfrans keçiriləcək. Həmçinin «Kempinskiy Badamdar» hotelində gənc klassik musiqi ifaçılarının konsertini təşkil edəcəyik. Fürsətdən istifadə edib ölkəmizin bütün gənclərini bu əlamətdar gün münasibətilə təbrik edirəm.
Fəxriyyə Abdullayeva