![](/img/news/700x420/1588.jpg)
«Naxçıvan Muxtar Respublikasının yaranması: Tarix və Müasirlik», «Nuhçıxan-Naxçıvan», «Naxçıvanda Nuh Peyğəmbərlə bağlı yeni etnoqrafik araşdırmalar», «Müstəqillik dövrümüzdə Naxçıvan», «Muxtariyyət ərəfəsində erməni işğalına qarşı mübarizə və onun poetik tərənnümü», «Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri» başlıqlı yazılar öz əksini tapıb.
Muxtar respublikanın tanınmış alim və ziyalılarının məqalələrinin yer aldığı jurnalın növbəti sayında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Hacı Qadir Qədirzadənin, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyevin, Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Tariyel Talıbovun, həmçinin bölmənin digər elm adamlarının elmi məqalələrinə yer verilib.
Türkanə BƏYLƏRLİ,
Naxçıvan