Martın 3-də Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin növbədənkənar iclası keçirilib. Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra ilk dəfə toplanan idarə heyətinin iclasını professor Qəzənfər Paşayev açıb. Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra gündəlikdə duran əsas məsələyə - Aşıqlar Birliyinin yeni sədrinin seçilməsi məsələsinə baxılıb. Ustad aşıq, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov çıxış edərək bu vəzifəyə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının namizədliyini irəli sürüb. Ustad aşıqlardan İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Ulduz Quliyeva, Ağamurad Şirvanlı, Gülarə Azaflı və digərləri də bu təklifi dəstəkləyiblər. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.
Məhərrəm Qasımlı yeni vəzifədə görəcəyi işlərdən, qarşıda duran vəzifələrdən danışıb, yeni təyinatlar haqda məlumat verib.
İclasın qərarı ilə Məhəmmədəli Məşədiyev yaradıcılıq məsələləri, Sənubər Bağırova beynəlxalq məsələlər, Musa Nəbioğlu mətbuat, informasiya və nəşriyyat məsələləri, Ağamurad Şirvanlı regionlarla iş, Altay Məmmədli təşkilat və gənclərlə iş üzrə katiblər, professor Qəzənfər Paşayev Ağsaqqallar şurasının sədri, Elxan Məmmədli elmi işlər, Gülarə Azaflı qadın aşıqlarla iş üzrə sədrin müşavirləri, Abbas Musaxanoğlu və Nemət Qasımlı Bədii şuranın həmsədrləri vəzifələrinə təsdiq olunublar.
İclasda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar