Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə bir qrup saz-söz sənətçisi Xorvatiyaya beynəlxalq folklor musiqi festivalına gedib. Qurumun katibi Musa Nəbioğlu bildirib ki, AAB-nin beynəlxalq məsələlər üzrə katibi, Əməkdar incəsənət xadimi Sənubər Bağırova rəhbərlik etdiyi qrupa Şirvan aşıqlarından Ağamurad İsrafilov, Vüqar Mahmudoğlu və Əli Tapdıqoğlu daxildir. Onları Qənimat Qədirov, Baxış Binyətov (balaban), Şöhrət Əliyev (nağara) və Şəmsi Fətəliyev müşayiət edəcək.
Aşıqlarımız iyulun 20-dən 24-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək 50-ci Beynəlxalq Folklor Festivalında iştirak edəcək, ayrı-ayrı proqramlarla 3 konsert verəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar