AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda filologiya elmləri doktoru Mahirə Quliyevanın “Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından” kitabı nəşr olunub.
Kitabın elmi məsləhətçisi professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, redaktoru professor Qəzənfər Paşayev, rəyçiləri filologiya elmləri doktoru Nəsib Göyüşov və filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevadır.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabda klassik aşıq yaradıcılığı, dastanlar Şərq poetikası və islami dəyərlər baxımından təhlil edilir. Aşıq şeirinin ənənəvi cəhətləri fərqli yönlərdən elmi ədəbiyyatda geniş işıqlandırılsa da, bu mövzu Şərq poetikası müstəvisində ilk dəfə araşdırılır.
Kitabda həmçinin islam dəyərlərinin aşıq şeirində və dastanlarda inkişafına, eyni zamanda, aşıq şeirində işlədilən və bu günədək tədqiqat obyekti olmayan bir sıra nadir Şərq poetik qəliblərinin tədqiqinə diqqət göstərilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar