Mayın 12-də Gədəbəy rayonunda “Qızıl Gədəbəy” adlı III Kitab bayramı keçirilib. Bayramı giriş sözü ilə açan Gədəbəy rayon MKS-nin direktoru Duman Nağıyev qeyd edib ki, «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»na uyğun olaraq bu il rayonun Mərkəzi Kitabxanasında elektron kataloqun quraşdırılıb, kitabxananın veb-saytı yaradılıb.
   Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev bayram iştirakçılarını təbrik edərək, respublikada, habelə Gədəbəy rayonunda gedən iqtisadi inkişaf, mədəni quruculuq işlərindən danışıb. Kitab bayramında Gədəbəy şəhər 3 saylı orta məktəbin şagirdlərinin ifasında vətənə, anaya, dilimizə həsr olunmuş şeirlər səsləndi. Kitab bayramında müxtəlif mövzulara həsr olunmuş kitab sərgiləri, istedadlı uşaqların əl işlərindən ibarət sərgi, balaca fidanların nağıl qəhrəmanlarını canlandırması xüsusi maraqla qarşılanıb.
   Kitab bayramında rayonda yaşayan uzunömürlülər haqqında “Gədəbəyin 100 yaşlıları” sərgisi, habelə rayonun Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan maraqlı, qədim, tarixi eksponatlar nümayiş etdirilib.
   
   * * *
   Qobustan rayonunda da Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə Kitab bayramı təşkil edilib. Kitab bayramında müxtəlif adlı sərgilərdə 500 nüsxədən çox kitab nümayiş etdirilib.
   Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci illiyinə həsr edilmiş “Azərbaycanın sönməz günəşi”, “Yeni kitablar”, “Xarici ölkə ədəbiyyatı”, “Qədim, doğma Qobustanım”, “Ən maraqlı kitablar”, “Uşaqlar bizim gələcəyimizdir”, “Qadın yazıçılarımız”, “Qobustanın gənc yazarları”, “2010-cu il Ekologiya ilidir” başlıqlı sərgilər nümayiş etdirilib. Nümayiş etdirilmiş nəşrlər ictimaiyyətin geniş marağına səbəb olub. Tədbirdə həmçinin rayonun gənc, istedadlı şairi Şəmsinin yeni çapdan çıxmış “Gözlərin güləndə” kitabının təqdimatı keçirilib.
   Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Adilə Cəbrayılova tədbir haqqında məlumat verərək bildirib ki, tarixin ən qədim dövrlərdən başlayaraq insanlar kitabla sıx bağlı olub və məhz bu ehtiyacları müqabilində kitab yeni-yeni formalara düşərək təkmilləşib. O, qeyd edib ki, oxucular arasında kitaba məhəbbət oyatmaq, kitabın nüfuzunu qaldırmaq üçün tədbirlərin müxtəlif formalarından biri də Kitab bayramıdır.
   Tədbirdə məktəblilər arasında şeir müsabiqəsi də keçirilib. Qobustan şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında səslənən musiqi nömrələri tədbir iştirakçılarının marağına səbəb olub. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar