Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Gənclər üçün Prezident Mükafatı təsis edilməsi haqqında fərman imzalayıb. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədilə imzalanan fərmana əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilib.
Fərmanla “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mükafatın diplomunun, nişanının və nişan vəsiqəsinin təsvirini 3 ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.