Kürdəmir rayonunda tapılan dəfinənin tarixi məlum olub. XIV əsrə aid olan dəfinə Kürdəmir rayonunun Muradxan kəndində tapılıb. Rayon suvarma sistemləri idarəsinin əməkdaşlarının su kanalını təmizlədiyi zaman tapılan dəfinənain içindən 1134 ədəd gümüş pul çıxıb. Dəmir sikkələrin 15-16-sı sınmış, qalanları bütöv şəkildə olub. Pullar təmizləndikdən sonra onların gümüşdən olduğu dəqiqləşdirilib. Aparılan tədqiqatlar zamanı pulların Qəbələ, Bakı, Şamaxı və Dərbənddə zərb olunduğu məlum olub. Tədqiqatlar zamanı dəfinənin dəqiq tarixi də məlum olub. Gümüş pullar Şirvanşah I Xəlilullahın oğlu Fərrux Yassarın dünyaya gəlməsi münasibəti ilə hicri təqvimlə 841-ci ildə zərb olunub. Hazırda araşdırma işləri sona çatıb. Dəfinənin albom-kataloq şəklində çap olunması nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar