Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 1-də daha bir konsert proqramı təqdim edilib.
   Konsertdə müxtəlif nüfuzlu festivalların iştirakçıları və beynəlxalq müsabiqələrin laureatları, tanınmış pianoçular - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Elnarə Kəbirlinskaya, BMA-nın professoru, Əməkdar müəllim Nəzakət Rimazi çıxış ediblər.
   Azərbaycanlı musiqiçilər Yohannes Bramsın piano üçün sonatasını, Antonio Vivaldinin “Yağışın damlaları”nı, Arif Məlikovun “Skerso”sunu və digər bəstəkarların əsərlərini böyük məharətlə ifa ediblər. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   Pianoçuların II respublika və orqan ifaçılarının I respublika müsabiqələrinin laureatı Nəzakət Rimazi İtaliya, Estoniya, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq seminarlarda iştirak edib.
   İtaliyada keçirilmiş pianoçuların 16-cı beynəlxalq müsabiqəsinin laureatı Elnarə Kəbirlinskaya Rusiya, Latviya, Fransa, İsveçrə və digər ölkələrdə dəfələrlə geniş konsert proqramları ilə çıxış edib.
   
   * * *
   Avqustun 1-də festivalın proqramına uyğun olaraq “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin konserti keçirilib. Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə keçirilən konsertdə orkestr Azərbaycan, Rusiya və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirib. Konsert tamaşaçıların böyük marağına səbəb olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar