Kurqanların e. ə. III-II minilliklərə aid olması ehtimal edilir
Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Qubanın Xınalıq kəndində 5 iri kurqan tapılıb. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayevin verdiyi məlumata görə, institutun mütəxəssisləri Xınalıq kəndinə ezam olunub və əraziyə baxış keçirilib.
“Kurqanların qədim Tunc dövrünə, e. ə. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanlardan birini sel suları yuduğundan onun üst hissəsi dağılıb”, - deyə Qəhrəman Ağayev vurğulayıb.
Onun sözlərinə görə, kurqanların tədqiqindən sonra Xınalıq kəndi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Arxeoloq kurqanlar tapılan ərazidə tezliklə arxeoloji qazıntıların aparılacağını bildirib.