Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Goranboy arxeoloji ekspedisiyası rayon ərazisində tədqiqatlar aparıb. Qazıntılar zamanı ilk tunc dövrünə aid zəngin arxeoloji abidələr aşkar edilib. Goranboy rayonu ərazisində aparılan arxeoloji qazıntılar Azərbaycanın qədim tarixinin yeni səhifələrini açır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardıqları qazıntılar zamanı rayonun Şadıllı kəndi ərazisində XI-XII əsrləri əhatə edən kurqanlar, Kələk kəndi ərazisində isə eramızdan əvvəlki minilliyə, eləcə də ilk tunc dövrünə aid kürə kompleksləri aşkar edilib.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev bildirib ki, qazıntılar nəticəsində torpaq üzərinə çıxarılan kompleksin qədim zamanlarda kərpic hazırlamaq məqsədi ilə inşa olunduğu güman edilir. Tarixi tapıntının özü də məhz bişmiş kərpicdən inşa olunub. Xüsusi memarlıq üslubunda tikilən kürələrin hava giriş kanalları, nəfəsliklər, sobalar, tağlar, hətta istilik əldə etmək məqsədi ilə yandırılan oduncaqların külü də dövrümüzə gəlib çatıb.
Arxeoloji qazıntılar zamanı əldə olunan nadir tapıntıların tədqiq edildikdən sonra qorunması nəzərdə tutulub.