Ordubad rayonunda dəniz səviyyəsindən 3 min 700 metr yüksəklikdəki Gəmiqaya qayaüstü rəsmlərinin yerləşdiyi ərazidə Gəmiqaya Muzeyi yaradılır. Milli memarlıq üslubunda inşa olunmuş muzey binasında ekspozisiya zalı və muzey əməkdaşları üçün iş otaqları fəaliyyət göstərəcək. Artıq inşaat işləri başa çatıb və muzeyin qurulmasına başlanılıb.
Gəmiqaya Muzeyində son illər bu sahənin tədqiqi və öyrənilməsi məqsədilə imzalanmış sərəncamlar, arxeoloji tədqiqatların nəticələri və əldə edilmiş eksponatlar, fotosənədlər, Gəmiqaya haqqında söylənmiş elmi fikirlər, çap edilmiş monoqrafiyalar, kitablar sərgilənəcək.