Oğuz rayon Mərkəzi kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Sənətlə sehrlənmiş ədib” mövzusunda kitab bayramı keçirildi. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin işçiləri, rayon ağsaqqalları və veteranları, mədəniyyət müəssisələrinin əməkdaşları, 1 və 2 saylı məktəbin müəllim və şagird kollektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
“Müstəqilliyimiz əbədidir, doğma Azərbaycanım”, “Bizim nağıl dünyamız”, “Yeni kitablar”, “Qarabağ - qan yaddaşımız”, “Oğuz Yurdu-80”, “Oğuz yazarları” başlıqlı kitab sərgiləri, eləcə də tarix-diyarşünaslıq muzeyinin “Qədim əlyazmaları” uşaq yaradıcılıq mərkəzi şagirdlərinin əl işləri tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Mədəniyyət və Turizm Şöbəsinin keçirdiyi baxış-müsabiqənin qalibləri və rayon Mədəniyyət evinin müğənnilərinin çıxışları tədbirə rəng qatdı. Şagirdlərin ifasında İlyas Əfəndiyevin əsərindən parça təqdim edildi. Sonda fəal kitabxanaçılar mükafatlandırıldı.

M.Bəkirova,
Oğuz rayon MKS-nin informasiya-resurs şöbəsinin müdiri