İyunun 12-də Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında “Oğuz yurdu” qəzetinin 80 illik yubileyi münasibətilə oxucu konfransı keçirildi.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova tədbiri açaraq qəzetin əməkdaşlarını yubiley münasibəti ilə təbrik etdi.
Sonra qəzetin redaktoru N.Hüseynli nəşrin tarixindən və bu günündən söhbət açdı. MKS-nın direktoru S.Mikayılova “Oğuz yurdu” qəzeti ilə kitabxanamız arasında sıx əlaqədən, yazı və məqalələrimizin vaxtaşırı qəzetin səhifələrində yer almasından bəhs etdi. Digər çıxış edənlər “Oğuz yurdu”nun sevimli qəzetləri olmasını vurğulayaraq, nəşrlə bağlı arzularını dilə gətirdilər.
Tədbirdə iştirak edən Oğuz Rayon İcra Hakimiyyətinin məsul işçisi H.Süleymanova qəzetin uğurları ilə yanaşı, nöqsanlardan danışdı, tövsiyələrini verdi.
Sonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova “Oğuz yurdu”nun əməkdaşlarına yubiley münasibətilə fəxri fərman və hədiyyələr təqdim etdi, kollektivə daha əzmlə çalışmağı arzuladı.

M.Bəkirova,
Oğuz rayon MKS-nin informasiya-resurs şöbəsinin müdiri