Avqustun 29-da Lənkəran rayon Mərkəzi kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 520 illiyi ilə bağlı yaradıcılıq gecəsi və kitab sərgisi təşkil olunub. Tədbirdə MKS-nin direktoru Validə Məmmədova, Yazıçılar Birliyi Lənkəran şöbəsinin katibi Ağamir Cavad, metodist Ağacəfər Fətullayev çıxış edərək Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər. Sonra şagirdlərin ifasında Məhəmməd Füzulinin əsərlərindən parçalar səsləndirilib.