Sentyabrın 2-də görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində hərbi vətənpərvərlik mövzusunda növbəti tədbir təşkil olunub. Tədbirdə yeniyetmə və gənclərlə yanaşı, Lənkərandakı sərhəd qoşunları hərbi hissəsinin əsgər və zabitləri də iştirak ediblər.
Muzeyin direktoru Tamara Fətullayevanın mühazirəsi dinlənilib. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Sonda gənc əsgərlərə Həzi Aslanovun keçdiyi şərəfli yol haqqında məlumatlar verilib və muzeyə ekskursiya təşkil olunub.