Fevralın 25-də Sumqayıta səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərdə yeni sənaye müəssisələrinin açılışında iştirak edib. Dövlət başçısı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında görülən irimiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişi ilə də tanış olub.
Bildirilib ki, şəhərdə həyata keçiriləcək abadlıq və yenidənqurma işləri sırasında Nəsimi parkında sahilboyu yolun çəkilməsi planlaşdırılır. 1978-ci ildə yaradılan park dahi Azərbaycan şairi Nəsiminin adını daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə bu mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Prezidentə Sumqayıtda inşa ediləcək “Yaşıl teatr”ın layihəsi təqdim olunub. Dövlət başçısı 20 Yanvar və Xocalı faciələrinə həsr olunan abidələrin layihəsinə də baxıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar