Milli-mənəvi dəyərlər hər bir xalqın özünəməxsusluğunun başlıca göstəricisidir. Bu dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.
Noyabrın 18-də Oğuz rayon MKS-nin oxu zalında “Uşaqlar və mənəvi dəyərlərimiz “ mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Heydər Əliyev Mərkəzinin və Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, şəhər 3 saylı uşaq bağçası və 1 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdi.
Tədbirdə MKS-nin xidmət şöbəsinin müdiri N.Manafova, uşaq şöbəsinin müdiri K.Cəfərova, xidmət şöbəsinin baş kitabxanaçısı A.Fərzəliyeva çıxış edərək gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsində kitabxanaların, tədris müəssisələrinin rolundan söz açdılar. Qeyd olundu ki, bu gün kitabxanaçıların üzərinə düşən vəzifələrdən biri də böyüməkdə olan nəslə milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, zəngin tariximizi layiqincə təbliğ etməkdən ibarətdir.

M.Bəkirova,
Oğuz rayon MKS-nin informasiya və resurs şöbəsinin müdiri