Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin yeni binası istifadəyə verilib
Dekabrın 23-də Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsi üçün tikilən yeni, ikimərtəbəli inzibati bina istifadəyə verilib.
Xaçmaz şəhərində milli üslubda inşa olunan binanın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev məlumat verib ki, ümumi sahəsi 220 kvadratmetr olan inzibati binanın tikintisinə bu ilin may ayında başlanılıb. Binanın birinci mərtəbəsində foye və iş otaqları, ikinci mərtəbədə isə iclas və konfrans zalları yer alıb. İnzibati binanın müasir istilik sistemi ilə təchiz edilməsi üçün qazanxana da inşa olunub. Tikintisində milli ornamentlərdən istifadə edilən binanın dam örtüyü kümbəz formasındadır.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin inkişafına da böyük diqqət və qayğı göstərildiyini bildirib. Nazir qeyd edib ki, mədəniyyət və turizm sahəsində çalışanların iş şəraitinin yaxşılaşdırılması üçün mühüm addımlar atılır. Respublikamızın bütün rayonlarında muzeylər, mədəniyyət sarayları və memarlıq nümunələri yaradılır. Xaçmazda Mədəniyyət və Turizm Şöbəsi üçün tikilən yeni inzibati binada da işləmək üçün ideal şərait yaradılıb.
Açılış mərasimi başa çatdıqdan sonra iştirakçılar inzibati bina ilə yaxından tanış olublar.