“Bəxtiyar Vahabzadənin 90 illik yubileyi”nin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli sərəncamının icrası ilə bağlı Ağcabədi MKS-də tədbirlər planı hazırlanıb, bir sıra tədbirlər keçirilib. Mərkəzi kitabxanada keçirilən “Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan sənətkar” mövzusunda elmi-praktik konfrans da bu qəbildəndir.
Bəxtiyar Vahabzadə çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş, çağdaş milli şeirimizin klassiki zirvəsinə yüksəlmişdir. Onun poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. O bütün yaradıcılığı boyu özünü bütöv və böyük Azərbaycanın milli şairi kimi dərk etmiş və bu missiyanın daşıyıcısı olması ilə qürur duymuşdur. Xalqımız da ölməz sənətkarı ilə qürur duyur.

T.Məmmədova,
Ağcabədi rayon MKS-nin direktor müavini