Dünyanın qədim yaşayış məskənlərindən biri kimi tanınan Azərbaycan ərazisində insanların yaşamını və tarixi inkişaf dövrlərini əks etdirən maddi sübutlar kifayət qədərdir. Aprelin 21-də Cəlilabad rayonu Privolnoye kəndi ərazisindən axan çayın kənarında küp qəbir aşkar edilib. Çayın sahilini yuması nəticəsində aşkar olunan küp qəbir dağılıb. Küpün içərisində qədim insan sümüklərinə rast gəlinib. Kənd sakinlərinin aşkarladığı bu tarixi yerin arxeoloqlar tərəfindən araşdırılmasına və qorunmasına ehtiyac var. Küp qəbirin aşkarlandığı ərazinin su hövzəsinə yaxın olması buranın qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.
Fariz Hüseynov