Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Mədəni dialoq: etnik ənənələr və müasirlik” layihəsinə yekun vurulub. Layihə rəhbəri Nərgiz Məmmədzadənin sözlərinə görə, Balakən, Qəbələ, İsmayıllı, Qax, Lənkəran rayonlarını təmsil edən 70-dən çox gəncin iştirakı ilə multikulturalizm, tolerantlıq, ölkə ərazisində yaşayan etnik xalqlar və mədəniyyətlərarası dialoq haqqında müzakirələr aparılıb.
İyunun 8-də Bakıda “Mədəni dialoq: etnik ənənlər və müasirlik” layihəsi çərçivəsində növbəti seminar keçirilib. Seminarda müxtəlif rayonları və təhsil ocaqlarını təmsil edən tələbə və gənclər, o cümlədən Avropa Oyunlarının könüllüləri iştirak ediblər. Müzakirələr zamanı gənclər mənsub olduqları bölgələrin adət-ənənələri, mədəni həyatı və müasir dövrdəki vəziyyəti haqqında məlumat veriblər. N.Məmmədzadə layihənin icrasında yaxından iştirakına görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz müsəlmanları İdarəsinin əməkdaşlarına və ekspertlərə minnətdarlığını bildirib.