İyulun 22-də milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar Zərdab rayon Mərkəzi kitabxanasında “Əkinçi”nin izi ilə” adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru Nailə Əliyeva mətbuatımızın tarixi haqqında danışıb. Mərkəzi kitabxananın əməkdaşları Leyla İskəndərli, Leyla Eldarzadə, Nisə Əliyeva, Rəqibə Qasımova, Gülnaz Məmmədova, Gülzar Qasımova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva və digər çıxış edənlər fikirlərini bölüşüblər. Tədbirdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qardaşı Səfaralı bəyin əkiz kötücələri, 3 saylı məktəbin şagirdləri Həsən Zərdabi “Bu qədim yurdumun pirisən, baba!”, Məleykə Zərdabi isə “Əkinçi”miz adlı şeirləri oxuyublar.