Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Şöbəsi ilə birlikdə Qanlı Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş “Müstəqilliyə açılan yol” adlı tədbir keçirilib.
Tədbirdə 1990-cı il 20 yanvar hadisələri və tariximizin digər faciəli səhifələrindən söz açılıb. Bildirilib ki, 26 il öncə Bakıda baş vermiş qanlı olay əslində XX əsr boyu Azərbaycan xalqına qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın azadlıq əzminin təcəssümüdür, bu əzmi heç bir qüvvə qıra bilməz.
Çıxışlardan sonra tədbir iştirakçıları Lənkəran şəhər 4 saylı məktəb-liseyin və Heydər Əliyev Mərkəzinin rəsm studiyası üzvlərinin Yanvar hadisələri və xalqımızın müstəqillik yolundan bəhs edən rəsm əsərlərinin sərgisi ilə tanış olublar. Mövzu ilə bağlı sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar