Prezident I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Nazirlər Kabinetinə iki ay müddətində I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiya sisteminin təşkili və fəaliyyətinin təmin olunması üçün müvafiq tədbirlər görmək, akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyənləşdirmək, akkreditasiya qaydasını və kartının formasını təsdiq etmək tapşırılıb.
Müəyyən edilib ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və ölkəmizdən gedə bilərlər. Həmçinin I Avropa Oyunlarına bilet almış həmin şəxslərin Oyunların açılışına 10 gün qalmışdan etibarən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza almaları təmin edilir. Viza üçün müraciət etdikdə I Avropa Oyunlarına bileti və ya biletin alınmasını təsdiq edən sənəd təqdim olunmalıdır.
Həmçinin I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb olunan və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər üçün iş icazəsinin alınması tələb edilmir.
Sənədə əsasən, Maliyyə və Xarici İşlər nazirliklərinə I Avropa Oyunları ilə bağlı ölkəmizə gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyinə tapşırıq verilib ki, I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Olimpiya Komitəsinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin. I Avropa Oyunları ilə bağlı ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet saytlarında da yerləşdiriləcək.
Dövlət Miqrasiya Xidmətinə ölkəmizə uçuşlar həyata keçirən aviaşirkətlərə I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.