Goranboy Dövlət Rəsm Qalereyası 13 fevral 1986-cı ildə Mədəniyyət Nazirliyinin əmrinə əsasən yaradılıb. 1986-cı ildən 2005-ci ilə qədər rayonun Qızılhacılı qəsəbəsində fəaliyyət göstərib. Qalereya 2005-ci ildə rayon mərkəzinə köçürülüb və həmin il mayın 19-da açılışı olub. Açılışda ölkə başçısı İlham Əliyev iştirak edib.
Qalereyadan aldığımız məlumata görə, hazırda fondda 70 rəngkarlıq, 37 qrafika, 14 heykəltəraşlıq, 46 rəngli fotoşəkil olmaqla ümumilikdə 167 eksponat saxlanılır və sərgilərdə nümayiş etdirilir. Qalereyanın bədii fondunda Azərbaycanın tanınmış fırça ustalarının, eləcə də yerli rəssamların müxtəlif janrlarda işlənmiş rəsm əsərləri, heykəltəraşlıq nümunələri qorunur və ardıcıl sərgilənir.
Qalereya rayonun mədəni-kütləvi tədbirlərində yaxından iştirak edir, fərqli sərgilər təşkil edir.

Soltan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar