Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir!” layihəsinə 13-14 fevral tarixində Quba rayonunda təşkil olunan məlumatlandırıcı təlim və turla yekun vurulub.
Layihənin məqsədi tarix-mədəniyyət abidələrinin gənclər arasında təbliği, onlara vətənpərvərlik hissinin, azərbaycançılıq məfkurəsinin aşılanmasıdır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi İsa Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva, layihənin eksperti Gülsəba Ələsgərova, Quba və digər rayonlardan yeniyetmə və gənclər iştirak ediblər.
Quba Tarix-Diyarşünaslıq Muzeyində təlim, Quba Soyqırımı Memorial Kompleksi və XVIII-XIX əsrlərə aid Çuxur hamama ekskursiyalar təşkil olunub. Təlim iştirakçılarına layihəyə aid təbliğat materialları paylanılıb. Sonda Qubada “Aygün” xalça firmasının rəhbəri Fatimə Ağamirzəyeva ilə görüş keçirilib. Qonaqları səmimi qarşılayan Fatimə Ağamirzəyeva qədim xalçalarımızı nümayiş etdirib, xalçalar və onların naxışları haqqında məlumat verib.
Qeyd edək ki, “Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir!” layihəsi çərçivəsində bundan öncə Qazax və Ağstafa rayonlarında təlim və ekskursiya təşkil edilmişdi.










Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar