Fevralın 15-də Abşeron rayonu Qobu qəsəbə Mədəniyyət mərkəzində görkəmli qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əlağa Vahidin 120 illiyi ilə bağlı tədbir keçirilib.

Q.Xalıqov adına 1 saylı orta məktəbin və qəsəbə uşaq incəsənət məktəbinin birlikdə hazırladığı həmin tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir qəzəlxanın həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Şairin qəzəlləri, sözlərinə yazılmış mahnılar, qəzəlləri üstündə muğamlar oxunub. Vahidin öz səsində qəzəli də səsləndirilib. Qobu uşaq kollektivinin və gənc xanəndələrin, meyxana ifaçılarının çıxışı maraqla qarşılanıb.
Sonra akademik Vasim Məmmədəliyev çıxış edərək şairin əsərlərinin poetik məziyyətlərindən danışıb: “Azərbaycanda qəzəl sahəsində çox tanınmış şairlərimiz var. Füzulidən sonra Seyid Əzim bu janrda özünəməxsus yer tutaraq, xalqın yaddaşında qalıb. Onlardan sonra neçə-neçə şairlərimiz yaşayıb-yaradıblar. Lakin onların arasında Vahidin xüsusi yeri var. Vahidin qəzəllərinin özünəməxsusluğundan biri də axıcı olması. Sovet dövründə ona qarşı ögey münasibət bəslənilib. Buna baxmayaraq, xalq onu sevib, yaşadıb”.
V.Məmmədəliyev şairin satirasının da çox güclü olduğunu diqqətə çatdırıb: “Dövrün elə bir mühüm hadisəsi olmayıb ki, Vahid ona satirik yanaşma nümayiş etdirməsin”.
Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim Nadir Ağayev, BDU-nun professoru Rasim Süleymanov, kafedra müdiri, dosent Knyaz Aslan şairin yaradıcılığından söhbət açıblar.
Tədbirin sonunda Qobu qəsəbə 1 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Cəbrayıl Cəfərquliyev hər iki məktəbin kollektivi adından qonaqlara və bütün tədbir iştirakçılarına təşəkkür edib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar