Fevralın 16-da paytaxtın Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru Məhin Orucova Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində xor fənni üzrə ustad dərsi keçib. Sonra məktəbin “Renessans” xorunun konsert proqramı təqdim edilib.
Dərsdə xor sənəti, Azərbaycanda bu musiqi sənətinin inkişafı barədə məlumat verilib, müxtəlif xarakterli 4 əsər nümunəsində uşaq xoru ilə iş üsullarından bəhs edilib.
Dərsin sonunda Şamaxı İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə Məhin Orucovaya təşəkkürünü bildirib. M.Orucova məktəbin xor kollektivinin ifa etdiyi əsərlərdən ibarət diski mərkəzə hədiyyə edib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar