Salyan rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kitabxanada Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyi ilə əlaqədar “Bir şair ömrünü yaşatmaq üçün, bir insan ömrünü girov qoymuşam” adlı tədbir keçirilib.
Məktəblilərin, ədəbiyyatsevərlərin iştirakı ilə keçirilən tədbirdə şairin həyat və yaradıcılığından geniş söhbət açılıb. Qeyd olunub ki, gözəlliyə, mənəvi saflığa sadiq olan şairin poeziyasının sehrinə düşən hər kəs onun nəyə qadir olduğunu yaxşı anlayır. Əlinə qələm alandan ümidlərini şeh kimi misralara ələyərək onu çiçək, gül ətrində təqdim etməyi bacaran Nəriman Həsənzadə yazlı-payızlı ömrünün 85-ci ilini tamamlamaqdadır. O, çətin, ağır, şərəfli yaradıcılıq yükünü sənətin pillələri ilə məxsus olduğu yüksəkliyə qaldıra bilib.
Tədbirin sonunda şairin həyatından bəhs edən “Bir sevgi tarixçəsi” adlı videoçarx nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar