Fevralın 22-də Goranboy Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş sərginin açılışı olub. Tədbirdə faciənin qurbanları anılıb, dəhşətlərindən söz açılıb. Ekspozisiya haqqında tamaşaçılara məlumat verildikdən sonra sərgiyə baxış keçirilib.
Sərgidə yerli rəssam Məhərrəm Əkbərinin yağlı boya ilə işlənmiş əsərləri, Goranboy şəhər incəsənət məktəbi və Ağamalıoğlu kənd musiqi məktəbi şagirdlərinin əl işləri nümayiş olunur.
* * *
Doğma səsə, nəfəsə möhtac, yağıların tapdağı altında inləyən Xocalının işğalından 24 il ötür. Bugünlərdə respublikamızın bütün mədəniyyət ocaqlarında Xocalı soyqırımına həsr edilmiş tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri də Ağsu rayon Mərkəzi kitabxanasında təşkil olunub.
Dəyirmi masada rayon ziyalıları və köçkün həyatı yaşayan insanlar iştirak ediblər. Tariximizin qanlı səhifəsi vərəqlənib, erməni vandalizminə dünya ictimaiyyətinin biganə münasibətinə diqqət çəkilib.
* * *
Zərdab rayon Mərkəzi kitabxanasının oxu zalında “Xocalım, qəm ocağım” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.
MKS-nin direktoru N.Əliyeva, kitabxananın əməkdaşları Gülzar Qasımova, Leyla İsgəndərli, Elnarə Salikova XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının dünyaya tanıtmaq istiqamətində görülən işlərdən danışıblar. 1, 2 və 3 saylı orta məktəblərin şagirdləri Xocalı faciəsinə həsr edilmiş şeirlər söyləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar