Xəbər verdiyimiz kimi, ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində bu ölkənin “Bond Street” teatrı Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə tamaşa hazırlayıb. “Sülh naminə icma dramı” proqramı üzrə hazırlanmış “Ay dövriyyələri” tamaşasının premyerası fevralın 15-də YARAT Müasir İncəsənət Mərkəzində keçirilmişdi.
Fevralın 17-də tamaşa Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında oynanılıb.
Tamaşadan əvvəl ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen “Bond Street” teatrı barədə məlumat verib. Bildirilib ki, teatr müxtəlif ölkələrdə icma əsaslı incəsənət layihələri üzərində işləyir, indiyədək 30-dan artıq ölkədə belə layihələri nümayiş etdirib.
ABŞ teatrının əməkdaşları ilkin seçim mərhələsində Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə sosial teatr sənətinin üslubları, həyatdan götürülən ssenarilərin qurulması və digər məsələlərlə bağlı təlimlər keçiblər. Tələbələrin arasından seçilən 8 iştirakçı “Ay dövriyyələri” tamaşasının hazırlanmasına cəlb olunub.
Sonra tamaşa nümayiş olunub. Sosial tamaşa Şəki teatrsevərləri tərəfindən maraqla qarşılanıb. Şəkidən sonra səhnə əsəri Zaqatala, Gəncə və Bərdədə də göstərilib.
Bərdə rayon Mədəniyyət mərkəzində təqdim edilən tamaşa izləyicilərin böyük marağına səbəb olub.
Tamaşaçılara “Sülh naminə icma dramı” proqramı, sosial teatr layihələri barədə məlumat verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar