Sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev bu il oktyabr-noyabr aylarında Bakıda “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, forumun və çempionatın keçirilməsini təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinə 2 milyon manat ayrılıb.