Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun el könlündə əbədiyaşarlıq qazanmış söz ustadlarımızdandır. Bu günlər şairin 110 illiyi ilə bağlı mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirilir. Ağsu rayon MKS-də təşkil olunmuş ədəbi-bədii gecə də bu qəbildəndir. Hər yaşa mənsub vurğunsevərlərin qatıldığı tədbirdə şairin ölməz misraları səslənib, həyat və yaradıcılığından söz açılıb.
* * *
Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd kitabxana filialı Zahid Mahmudov adına tam orta məktəblə birlikdə “Vurğun öldü deməyin” adlı şeir gecəsi keçirib.
Kitabxana filialının müdiri Tamam Cəfərova Səməd Vurğunun həyat və yaradıcılığı haqqında məruzə edib. Şagirdlər şairin şeirlərini səsləndiriblər. Sonda “Səməd Vurğun - 110” adlı kitab sərgisinə baxış keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar