Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi ilə əlaqədar ədəbi-bədii gecə keçirilib.
MKS-nin direktoru Saməddin Nəsirov, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Tariyel İbrahimov Səməd Vurğunun həyat və yaradıcılığından söz açıblar. Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının tələbələri şair haqqında məruzələrlə çıxış ediblər, şeirlərini söyləyiblər. Kitabxananın metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Faiq Əliyev Səməd Vurğunun mənzum dramlarından danışıb. Sonda “Səməd Vurğun - 110” adlı sərgiyə baxış keçirilib.
* * *
Qax rayon Cəfər Cabbarlı adına Mərkəzi kitabxanada da Səməd Vurğunun 110 illiyi münasibətilə “Bahar nə xoş gəlir...” adlı ədəbi-bədii gecə keçirilib. MKS-nin direktoru G.Əhmədovun açılış sözündən sonra şairin bahar təravətli şeirləri, şeirlərinə yazılmış musiqilər səslənib. Çıxış edənlər Səməd Vurğunun həyat və yaradıcılığından bəhs ediblər. S.Vurğun adına Mədəniyyət mərkəzinin “Arzu” ansamblı üzvlərinin ifasında səslənən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar