Martın 29-da Zərdab rayon Mərkəzi kitabxanasında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı “Tariximizi unutmayaq!” adlı dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən MKS-nin direktoru Nailə Əliyeva, MKS-nin əməkdaşlarından Samirə Yəhyayeva, Cəmalə Feyzullayeva, Bahar Fətəliyeva 1918-ci il 31 mart hadisələrindən danışıb. Çıxışlarda qeyd olunub ki, bu hadisə tariximizin qan yaddaşıdır və tarix boyu xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmamalıdır. Bununla bağlı ulu öndər Heydər Əliyevin sözləri xatırlanıb: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.
Tədbirdə 1, 2 və 3 saylı orta məktəblərin şagirdləri şeirlər söyləyiblər.
Sonda tədbir iştirakçıları “Qanla yazılan tarix” adlı foto və kitab sərgisi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar