Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Oğuz yurdu” adlı rəsm sərgisi açılıb. Muxtar respublikanın Rəssamlar Birliyi və ölkəmizin paytaxtında fəaliyyət göstərən Əlil və Gənc Rəssamlar Birliyinin təşkilatçılığı ilə təşkil olunan sərgidə fiziki imkanları məhdud gənclərin əl işlərindən ibarət 56 əsər nümayiş etdirilib.
Tədbirdə Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyeva, muxtar respublika Ali Məclisi Aparatının şöbə müdiri Rəhman Məmmədov, muxtar respublika əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev çıxış ediblər.
Qeyd olunub ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə dövlət proqramının icrası nəticəsində bu kateqoriyadan olanların təhsilə cəlbi sistemli xarakter alıb. Bu məqsədlə Distant Tədris Mərkəzi, audio və elektron kitabxana xidmətləri yaradılıb, görmə qabiliyyəti məhdud şəxslərə brayl kurslar təşkil edilir. Nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərindən ibarət bu cür sərgilərin təşkili bu kateqoriyadan olanların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır.
Əlil və Gənc Rəssamlar Birliyinin sədri Şəmsəddin Böyükdüzlü sərginin təşkili üçün yaradılmış şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sərgidə iştirak edən gənclərə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplomları təqdim edilib və sərgiyə baxış olub.
Üç gün davam edən “Oğuz yurdu” sərgisində ölkəmizin tarixinə və təbiətinə həsr olunmuş yağlı və sulu boya ilə çəkilmiş rəsmlər, toxuma əl işləri və ağac üzərində oyma nümunələri nümayiş etdirilib. Əsərlərdən 31-i muxtar respublikada, 25-i isə ölkəmizin digər regionlarında yaşayan gənclərə məxsusdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar