Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 3 saylı uşaq incəsənət məktəbində ordumuza dəstək məqsədilə tədbir keçirilib. Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, aprelin 2-dən başlayaraq işğalçı Ermənistan qoşunların cəbhə xəttindəki bölmələrimizi və yaşayış məntəqələrimizi aramsız atəşə tutmasına cavab olaraq ordu hissələrimiz tərəfindən düşmənə ağır zərbə endirilib. Sonda şagirdlərin Azərbaycan Ordusuna həsr etdiyi rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.
* * *
Balakən Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə rayon Mədəniyyət mərkəzində son günlər cəbhədə baş verən hadisələrlə bağlı “Ordumuz qürur mənbəyimizdir” adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ş.Hacıyeva, Tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev, mədəniyyət işçisi, əsgər anası Tərlan Əliyeva və digər çıxış edənlər əsgərlərimizin cəbhə xəttində erməni işğalçılarına layiqli cavab verdiyi haqda söz açıblar, ordumuzun gücünün və döyüş əzminin yenilməzliyi barədə danışıblar. Bədii hissədə Katex kənd folklor evinin hazırladığı səhnəcik nümayiş etdirilib, mahnı və şeirlər səsləndirilib.
* * *
Salyan rayon Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblilərinin iştirakı ilə "Azərbaycan gənci hər an Vətənin müdafiəsinə hazırdır” mövzusunda tədbir keçirilib. Mərkəzin əməkdaşı Türkan Tağıyeva son günlər erməni işğalçılarının cəbhədə təxribatlar törətdiyini və Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbəsini diqqətə çatdırıb. Əminliklə bildirilib ki, Azərbaycanın işğal altında olan bütün əraziləri azad ediləcək, üçrəngli bayrağımız bütün Qarabağda dalğalanacaq. Tədbir “Şəhidlər ölməzdir” adlı video-çarxla davam edib.
* * *
Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və rayon İcra Hakimiyyətinin dəstəyi ilə ordumuza dəstək məqsədilə tədbir təşkil olunub. İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova və Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadənin açılış nitqindən sonra torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətən övladlarının ruhu yad edilib. Çıxışlardan sonra “Əsgərə məktublar” adlı kitabın təqdimatı olub. Sonda uşaq və gənclərin hazırladıqları vətənpərvər ruhda çıxış və ifalar alqışlarla qarşılanıb.
* * *
Lənkəran şəhər Mədəniyyət mərkəzində, mərkəzin bütün klub filiallarında, Kənarmeşə sənətkarlıq, Mamusta folklor, Liman şəhər folklor və Haftoni qəsəbə sənətkarlıq klublarında hərbi-vətənpərvərlik mövzusunda tematik tədbirlər keçirilib.
Cəbhədə qanlı döyüşlərdə şəhid olan qəhrəman oğullardan ikisi Lənkəran torpağının yetirməsidir. Cil kəndindən olan şəhid Əlizaman Fərrux oğlu İslamovun, Hirkan qəsəbəsində doğulmuş gizir Rusif İbrahim oğlu Ağayevin dəfn mərasimi keçirilib. Hər iki mərasimə Lənkərandan olan Milli Məclis üzvləri, rayon rəhbərliyi, hərbçilər, minlərcə lənkəranlı iştirak edib. Şəhidlərin tabutu “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Hər yer Qarabağ, hər yer cəbhədir!” şüarları ilə qarşılanaraq torpağa tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar