Aprelin 19-da Tərtər rayon Gənclər Mərkəzində “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunub. Konfrans ümummilli liderin Milli Kitabxanada 1995-ci il 3 iyun tarixindəki çıxışının qısa video nümayişi ilə başlanıb. Sonra Milli Kitabxananın direktoru Kərim Tahirov konfransda “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda geniş məruzə ilə çıxış edib.
Tərtər rayon MKS-nin direktoru Ulduzə Qurbanova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və Tərtər rayon Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalov ulu öndərin Azərbaycan mədəniyyətinə töhfələrindən söz açıblar.
Sonda Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərgiyə baxış keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, mədəniyyət işçiləri iştirak ediblər.