Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasının əməkdaşları 2-5 aprel tarixində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş Əbdülməcid Axundovun xatirəsini anmaq üçün şəhidin təhsil aldığı 16 saylı orta məktəbdə tədbir keçirib.
Kitabxananın multimedia mütəxəssisi Leyla Məmmədli Əbdülməcid Axundovun qısa, lakin şərəfli, ibrətamiz həyat yolu haqqında danışıb.
Şəhidin atası Nadirşah Axundov oğlunun uşaqlıq və yeniyetməlik dövrü haqqında xatirələrini dilə gətirib, onun komandiri və cəbhə yoldaşları ilə söhbətlərindən, son döyüşündən söz açıb. Döyüşdə Əbdülməcid xeyli sayda düşməni məhv edir, yaralanır, ancaq geri çəkilmir. Yaralı yoldaşını arxaya qaytarıb həkimə təhvil verəndən sonra silahını götürüb yenidən irəli gedir və aldığı qəlpə yarasından şəhid olur.
Məktəbin direktoru Niyaz Süleymanov, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Cavadova, şəhidin müəllimələri Nuricət Zülfüqarova, Rüxsarə Süleymanova xatirələrini danışıblar. Məktəbin Qarabağ uğrunda döyüşlərdə 8-ci şəhidi olan Əbdülməcid Axundovun adının əbədiləşdirilməsi üçün foyedə guşə təşkil olunub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar