Salyan rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən elektron kitabxanada oxucular arasında Hüseyn Cavidin “Ana” mənzum dramının müzakirəsi keçirilib. Kitabxananın müdiri Yasəmən Ağalarova əsər haqqında oxuculara qısa məlumat verib. Bildirib ki, “Ana” ədəbiyyatımızda ilk mənzum dram sayılır. Müəllif mövzusunu Dağıstan həyatından aldığı bu əsəri 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, sədaqət duyğuları tərənnüm olunur. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı milli xarakterik xüsusiyyətləri ilə yaddaşlarda dərin iz salır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar