Mayın 3-də Sabirabad Rayon Mərkəzi Kitabxanasında polkovnik-leytenant, sabirabadlı şəhid Murad Telman oğlu Mirzəyevin ölkə başçısının sərəncamı ilə Milli Qəhrəman adına layiq görülməsi münasibətilə tədbir keçirilib. Tədbir Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi ilə birgə təşkil olunub.
M.Mirzəyev 2016-cı il aprelin 2-dən 5-dək erməni işğalçılarının cəbhə xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olub.
Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. MKS müdiri Eldar Urufov, GSTM-in icraçı direktoru Vüsal Əhmədov çıxış ediblər. Bildirilib ki, erməni quldurları tərəfindən işğala məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsinin vaxtı çatıb. Əsgərlərimizin cəbhədə düşmənə layiqli cavab verməsi ilə yanaşı, gənclərimiz informasiya savaşında da düşməni susdurmağı bacarmalıdır.
Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Telman Əzimov şəhid Murad Mirzəyev haqqında xatirələrini bölüşüb. Milli Qəhrəmana həsr edilmiş sənədli film nümayiş etdirilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar