Oğuz rayon Mərkəzi kitabxanası mayın 4-də Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “O, mənim xalqımın şah vüqarıdır” adlı “Kitab bayramı” keçirilib. Kitabxananın qarşısında, açıq səma altında keçirilən bayramda rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, mədəniyyət və təhsil işçiləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova, RİH-nin nümayəndəsi Y.Rzayev, MKS-nin direktoru S.Mikayılova, rayon Veteranlar Şurasının sədri S.Quliyev, 1 saylı məktəbin ingilis dili müəllimi G.Salehli və başqaları çıxış ediblər.
Bayram tədbirində müxtəlif mövzularda kitab stendləri, şagirdlərin əl işlərindən ibarət sərgilər iştirakçıların marağına səbəb olub. 1 saylı məktəbin şagirdlərinin çıxışı alqışlarla qarşılanıb. Sonda fəal oxuculara və iştirakçılara hədiyyələr təqdim olunub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar