Qax rayon Cəfər Cabbarlı adına Mərkəzi kitabxanada 15 may - Beynəlxalq Ailə Günü münasibətilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda dəyirmi masa keçirilib.
Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi D.Əzizova əlamətdar günün tarixindən, ölkəmizdə ailə dəyərlərinə verilən qiymətdən söz açıb. Diskussiya ilə davam edən tədbirdə bildirilib ki, möhkəm ailəyə sahib olmaq üçün ağıl, tərbiyə və əxlaq böyük önəm daşıyır. Sonda uzunömürlü ailələrin nümayəndələrinə Mədəniyyət və Turizm Şöbəsinin xatirə hədiyyələri təqdim edilib.
* * *
Siyəzən rayon Mədəniyyət mərkəzində "Ailə müqəddəsdir" adlı dəyirmi masa təşkil olunub. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zəminə Qədirli tədbiri açaraq Beynəlxalq Ailə Günü münasibətilə təbriklərini çatdırıb. Mədəniyyət mərkəzinin direktoru Ziyadə Dadaşova, Ağsaqqallar Şurasının sədri Qəzənfər Nəcəfov və başqaları ailə dəyərləri ilə bağlı fikirlərini bölüşüblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar