1980-ci ildən fəaliyyətə başlayan Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondunda bu gün 6500 minədək eksponat var. Muzeyin 6 bölməsində rayonun qədim dövrlərdən müasir dövrədək tarixi əksini tapıb. Ekspozisiyanın yenidən qurulması üçün layihə hazırlanıb.
Ənənəvi olaraq 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə bizim muzeydə də tədbirlər təşkil edilir. Bu il 5-20 may tarixini əhatə edən “açıq qapı” günlərində ziyarətçilərin maraq və istəkləri nəzərə alınaraq tədbirlər keçirilir.
Muzey işi sahəsində əməkdaşlığı möhkəmləndirmək, təcrübə mübadiləsi aparmaq məqsədilə digər region muzeylərinə ekskursiyalar təşkil edirik. Bu məqsədlə Qəbələ, Şamaxı, Şəki, İmişli, Neftçala, Salyan, Saatlı və s. rayon muzeylərinə səfərlər etmişik.
İctimaiyyətlə muzey arasında əməkdaşlığı möhkəmləndirmək işinə də xüsusi diqqət ayırırıq. Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Zəminə Aslanova, II Dünya müharibəsinin iştirakçısı, 223-cü Belqrad atıcı diviziyasının yeganə sağ qalmış üzvü Zülfəli Əliyev və başqa tanınmış ictimai xadimləri, alimlər, eləcə də gənclərlə görüşlər böyük maraq doğurur, ictimaiyyətlə ünsiyyətin güclənməsinə xidmət edir.

Ş.Əsgərova,
Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar