Qusar şəhərindəki Nəriman Nərimanov adına mərkəzi parkda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kitab bayramı keçirilib.
Tədbirdə müxtəlif mövzuda kitablarla yanaşı, ümumtəhsil məktəbləri və məktəbdənkənar tədris müəssisələri kollektivlərinin əl işləri nümayiş etdirilib.
MKS-nin direktoru Zahir Mustafayev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxış edərək Azərbaycan mədəniyyətinin, o cümlədən kitabxanaların müasir inkişaf səviyyəsinə gəlməsində ulu öndərin xidmətlərindən söz açıblar.
Çıxışlarda kitabxanaların oxuculara daha yaxın olması, oxuculara mütaliə vərdişlərinin aşılanması üçün daha müasir forma və metodlardan istifadə olunmasının vacibliyi vurğulanıb. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar