Sentyabrın 27-28-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afinada Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Mədəniyyət günləri çərçivəsində “Bakı 2015” I Avropa Oyunları ilə bağlı təqdimat, Bakının Avropa Oyunlarına hazırlıqlarını əks etdirən filmin nümayişi, Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Rəqs Ansamblının çıxışı nəzərdə tutulub. Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna V.Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə bu ölkədə təhsilə dəstək layihəsinə yardım üçün xeyriyyə konserti də təşkil olunacaq.