Füzuli rayon Mədəniyyət evi ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Qabağın səsi” adlı xanəndə ifaçılığı müsabiqəsi keçirib. Müsabiqə iki qrup (musiqi məktəbləri və mədəniyyət müəssisələri) üzrə təşkil olunub. İfaçıları rayon uşaq musiqi məktəblərinin xanəndə ixtisası üzrə müəllimlərdən ibarət münsiflər heyəti qiymətləndirib.
Ümumilikdə 65 nəfərin qatıldığı yarışmada musiqi məktəbləri üzrə Böyük Bəhmənli kənd uşaq musiqi məktəbinin şagirdi Xəqani Şahbazov və Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbinin şagirdi Asif Yusifov I yerə, Mahmudlu - 1 kənd uşaq musiqi məktəbinin şagirdləri Bəhlul Orucov II yerə, Elcan Məmmədli isə III yerə layiq görülüb.
Mədəniyyət evləri üzrə Kərimbəyli kənd Mədəniyyət evinin dərnək üzvü Elxan Quliyev I, rayon Mədəniyyət evinin dərnək üzvü Füzuli Orucov və Aşağı Mollaməhərrəmli kənd Mədəniyyət evinin dərnək üzvü Gülay Hüseynova II, rayon Mədəniyyət evinin dərnək üzvü Telman Əliyev isə III yerləri bölüşüblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar