Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə mayın 19-20-də Zaqatala şəhərində “Azərbaycan folkloru və mədəni müxtəliflik” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zaqataladakı Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə şimal-qərb bölgəsinin folklor kollektivlərinin çıxışlarını izləyib, xalq yaradıcılığı nümunələri sərgisi ilə tanış olublar.
Konfransın açılışında rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bilik Fondu Aparatının rəhbəri, professor İsaxan Vəliyev ölkəmizdə multikulturalizm, onun tarixi-mədəni əsasları, folklorda multikultural dəyərlərdən söz açıblar.
Konfrans işini “Etnoslararası dialoq və uzlaşmada ənənəvi dəyərlərin rolu”, “Azərbaycan folklorunun etnik-lokal rəngarəngliyi”, “Multikultural zəmində əlaqə və münasibətlər: folklor turizmi”, “Azərbaycan folklorunda fərqli mədəniyyət elementləri: tarixi və etnik aspektlər”, “Azərbaycan folklorunda dini tolerantlıq” bölmələri üzrə davam etdirib. Tədbirin proqramına Türkiyə, İran və Çexiyadan da nümayəndələr olmaqla 40-dan artıq məruzə daxil edilib.

Soltan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar